"Gender bərabərliyi"

05 dekabr 2024-cü il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva 8a sinif şagirdləri ilə birlikdə "Gender bərabərliyi" mövzusunda seminar təşkil etdi. Günay Məstiyeva şagirdlərə gender nədir, onun mahiyyəti barədə ətarflı məlumat verdi. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırdı. G.Məstiyeva vurğuladı ki, bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Daha sonra şagirdlərə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi