Laçının işğaldan azad edilməsindən dörd il ötür

Məktəbin tarix müəllimi Vəfa Babayeva 8b sinif şagirdləri üçün məktəbin akt zalında Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar xüsusi dərs təşkil etdi. V.Babayeva qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçının işğaldan azad olunması, həm də regional sabitlik və gələcək sülh prosesləri üçün vacib bir mərhələ oldu. Daha sonra şagirdlərə Laçın rayonu haqqında videoçarxlar nümayiş etdirildi. Dərsin sonunda şagirdlərin çıxışında Laçın rayonuna həsr edilmiş şeirlər səsləndirildi.