IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib

Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin istedadlı gənclərə dəstək olmanın ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib.
Müsabiqəyə təbiət fənni üzrə qatılan 7b sinif şagirdi Ayla Abdullazadə Gümüş medal və hədiyyələrlə mükafatlandırılıb. Şagirdimizi təbrik edir və onun üçün əmək sərf edən hər kəsə dərin təşəkkürümüzü bildiririk!