Seminar keçirildi

Məktəbin psixoloqu Günay Məstiyeva oktyabr ayı ərzində 9c və 9ç sinif şagirdləri ilə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda maarifləndirici seminar təşkil etdi. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında şagirdlər məlumatlandırıldı. Günay Məstiyeva qeyd etdi ki, şagirdlər informasiya aldığı hər bir mənbənin nə dərəcədə etibarlı olduğuna diqqət etməlidirlər. Daha sonra şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və bələdçi" üsulundan istifadə edildi. Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.