Dövlət Bayrağı Günü

07 noyabr 2024-cü il tarixdə məktəbdə “9 Noyabr-Dövlət Bayrağı Günü” ilə əlaqədar "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı.Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 3b sinif müəllimi Təranə Ağabəyovanın təşkil etdiyi tədbiri  giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Azərbaycan Respublikasının bayrağı mənəvi birliyimizin, yenilməz əzmimizin, dövlətimizin, xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, xalqımızın şərəf və ləyaqətinin rəmzidir. Tədbirdə qonaq qismində 44 günlük Vətən müharibəsi şəhidi Həmid Abbasbəylinin anası Gülnarə xanım Məmmədova çıxış edərək fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Daha sonra məktəbin tarix müəllimi Vəfa Babayeva çıxışında bildirdi ki, Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir.Tədbirin davamında 3b sinif şagirdlərinin çıxışında vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndirildi, rəqslər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi