"Zəfər Günü" qeyd olundu
06 noyabr 2024-cü il tarixdə məktəbdə "Zəfər Günü" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin 2d sinif müəllimi Günel İbrahimlinin şagirdləri ilə birlikdə hazırladığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Tədbirdə qonaq qismində iştirak edən 44 günlük Vətən müharibəsi şəhidi Ceyhun Sadıqovun bacısı Nübar Sadıqova çıxış edərək vurğuladı ki, torpaqlarımız məhz Ceyhun Sadıqov kimi qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər və səhnəcik nümayiş etdirildi.