Mən hüquqlarımı bilirəm

31 oktyabr 2024-cü il tarixdə məktəbin akt zalında ingilis dili müəllimi Təhminə İsgəndərova 6a sinif şagirdləri ilə birlikdə "Uşaq hüquqları aylığı" çərçivəsində "Mən hüquqlarımı bilirəm" adlı tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Uşaq Hüquqları Konvensiyasının müddəaları haqqında ətraflı məlumat verdilər. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək vurğuladı ki, uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir. Həmçinin məktəbin psixoloqu Günay Məstiyeva bildirdi ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd cəmiyyətin həssas təbəqəsi olan uşaqlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasına nail olmaqdır. Daha sonra şagirdlərin çıxışında səhnəciklər nümayiş olundu, mahnı ifa edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi