Müstəqilliyimiz əbədidir,sarsılmazdır,dönməzdir

18 oktyabr "Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar məktəbin tarix müəllimi Vəfa Babayeva məktəbin akt zalında 9-cu sinif şagirdlərinə Müstəqillik gününün tarixi barədə ətraflı məlumat verdi. V.Babayeva bildirdi ki, müstəqilliyimiz hər birimiz üçün böyük məsuliyyət gətirir. Bu gün biz dövlətimizə, onun iqtisadi, siyasi və mədəni gücünə, həm də gənc nəslin tərbiyəsinə töhvə verməklə, müstəqilliyimizin daimi olmasını təmin etməliyik. Daha sonra şagirdlərə Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi