Müstəqilliyimiz əbədidir, dönməzdir

18 oktyabr 2024-cü il tarixdə məktəbdə "Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar tədbir keçirildi. "Müstəqilliyimiz əbədidir, dönməzdir" adlı tədbiri 2c sinif müəllimi Vəfa Tağıyeva şagirdləri ilə təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək vurğuladı ki, Azərbaycan xalqı bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Tədbirin davamında azyaşlı şagirdlərin çıxışında vətənpərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu. Həmçinin, rəqslər və videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi