"Cop29 - böyük qlobal forumdur"

11.10.2024-cü il tarixdə məktəbin coğrafiya müəllimi Elnarə Məmmədova 8a sinif şagirdlərinin iştirakı ilə  Azərbaycanda təşkil olunacaq "Cop29" tədbiri ilə əlaqədar "Cop29 - böyük qlobal forumdur" adlı dəyirmi masa təşkil etdi. Dəyirmi masada şagirdlərə "Cop29"-un əhəmiyyəti barədə məlumat verildi. E.Məmmədova vurğuladı ki, "Cop29"-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək ölkəmiz üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana, o cümlədən ölkəmizdə yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik. Daha təmiz, daha yaxşı dünyamız üçün bu kimi beynəlxalq tədbirlərin keçirilməsi zəruridir. Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin şagirdlər bu mövzu ilə əlaqədar hazırladıqları tədqdimatları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi