Maarifləndirici görüş keçirildi

10.10.2024- cü il tarixdə məktəbin həkimi Ruxsarə Quliyeva 7c sinfində şagirdlərlə "Tütün, alkoqol və digər psixoaktiv maddələrə yox deyərək mənəvi dəyərlərimizi qoruyaq" mövzusunda maarifləndirici söhbət apardı. Görüşün keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Görüş zamanı şagirdlərə mövzu haqqında geniş məlumatlar verildi və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirici söhbət aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.