"COP29” ilə bağlı açıq havada maarifləndirici dərs təşkil edildi

09.10.2024-cü il tarixdə məktəbin biologiya müəllimi Vəsilə Muradlı 5ç sinif şagirdləri ilə birlikdə ”Azərbaycanda iqlim dəyişikliyi və COP29” mövzusunda açıq havada dərs təşkil etdi. Vəsilə Muradlı “COP 29” və bu tədbirin Azərbaycanda keçirilməsi barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlərə qlobal istiləşmə və iqlim dəyişikliyi haqqında videoçarx nümayiş etdirildi. İqlim dəyişikliyinə səbəb olan amillər haqqında söhbət aparıldı. Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Dərs şagirdlərin marağına səbəb oldu.