Əziz müəllimim

04 oktyabr 2024-cü il tarixdə məktəbdə V sinif şagirdlərinin iştirakı ilə "Beynəlxalq Müəllimlər Günü"münasibətilə "Əziz müəllimim" adlı tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva müəllimləri bayram münasibətilə təbrik edərək, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. 44 günlük Vətən Müharibəsində şəhid olan təhsil işçilərinin əziz xatirəsi yad edildi. Tədbirin davamında şagirdlərin çıxışında müəllimlərə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu. Rəqslər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi