"COP29” ilə bağlı açıq havada maarifləndirici dərs təşkil edildi

02.10.2024-cü il tarixdə məktəbin biologiya müəllimi Yeganə Əliyeva 8c sinif şagirdləri ilə birlikdə ”Azərbaycanda iqlim dəyişikliyi və COP29” mövzusunda açıq havada dərs təşkil etdi. Yeganə Əliyeva “COP 29” və bu tədbirin Azərbaycanda keçirilməsi barədə şagirdlərə ətraflı məlumat verdi. O, bildirdi ki,“COP29” iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. Bu tarixi görüşə 2024-cü ilin noyabr ayında Azərbaycan sahiblik edəcək. Buna uyğun olaraq Azərbaycanda 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik ili" elan edilib.Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin şagirdlər bu mövzu ilə əlaqədar hazırladıqları tədqdimatları nümayiş etdirdilər. Dərs şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi