27 sentyabr - Anım Günüdür

27.09.2024-cü il tarixdə sıra düzülüşü zamanı “27 sentyabr - Anım günü” ilə əlaqədar məktəbin 4-cü sinif şagirdləri ilə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək bildirdi ki, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizi hər zaman dərin ehtiramla anırıq. Həmçinin məktəbin tarix müəllimi Nərmin Qənbərova II Qarabağ mübaribəsi barədə şagirdlərə ətraflı məlumat verdi. Vətənpərvərlik ruhunda təşkil edilən tədbirin davamında şagirdlər şeirlər səsləndirdilər, səhnəciklər və rəqslər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi