"Bilik Günü"

16 sentyabr 2024-cü il tarixdə məktəbdə “Bilik günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Venera Mustafayeva şagirdləri və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi və uğurlar arzuladı. Daha sonra Qarabağ qazisi Rasim Qənbərov çıxış edərək  onlara Azərbaycan Respublikasına layiqli vətəndaş olmalarını arzuladı. Şagirdlərimizin çıxışında vətənə, məktəb illərinə  həsr olunmuş mahnılar ifa olundu, rəqslər və kompozisiyalar  nümayiş etdirildi. Tədbirin davamında təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov da müəllimləri və şagirdləri yeni dərs ili münasibətilə təbrik etdi. Sonda 2024/2025-ci tədris ilinin ilk zəngi çalındı.Həmçinin, ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi