Pedaqoji Şuranın iclası keçirildi

13 sentyabr 2023-cü il tarixdə məktəbdə pedaqoji şuranın 2024/2025-ci tədris ili üçün ilk iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva pedaqoji kollektivi salamlayaraq onlara yeni tədris ilində müvəffəqiyyətlər və nailiyyətlər arzuladı. Gündəlikdə duran məsələlər pedaqoji heyətin nəzərinə çatdırıldı. 2023/2024-cü tədris ilinin yekunları və yeni tədris ilində kollektivin qarşısında duran məsələlər, məktəb rəhbərlərinin, UBT rəhbərinin, kitabxananın illik fəaliyyət planları, siniflərin komplektləşdirilməsi, müəllimlərin dərs bölgüsü, məktəbəqədər hazırlıq qruplarının təşkili, şagirdlərin dərsliklərlə təmin olunması və cari məsələlər müzakirə olundu. Təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək müvafiq metodiki göstərişlərini pedaqoji heyətin diqqətinə çatdırdı. Məktəbimizin müvafiq qərarları qəbul edildi. Eyni zamanda məktəbə yeni təyin olunan fənn müəllimləri kollektivə təqdim olundu, onlara fəaliyyətlərində uğurlar diləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi