Müəllim uğuru
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi"nin nəticələri açıqlanmışdır. Nəticələrə əsasən fərdi kateqoriyada məktəbin riyaziyyat müəllimi Aynur Paşayeva "Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrədiləməsi" layihəsi üzrə qrant qazanmışdır. Müəllimimizi təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq.