Son zəng

14 iyun 2024-cü il tarixdə məktəbdə "Son zəng" tədbiri keçirildi. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Ümumilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərə təltifnamələr təqdim olundu.
Həmçinin, çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Ağalarov, 43 ildən artıq məktəbdə müavin kimi faəliyyət göstərmiş S.Dünyamalızadə, tədbirə qonaq qismində qatılan Balaxanı Kənd Ağsaqqallar Şurasının sədri Hacı Həsən müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladılar. Tədbirdə məzunların çıxışları, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi