Təbiət gecəsi

31 may 2024-cü il tarixdə məktəbin akt zalında təbiət fənn aylığı çərçivəsində biologiya müəllimi Yeganə Əliyeva 7c və 8ç sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil etdi. Tədbirdə şagirdlər bitkilərin faydaları, insan orqanizminin quruluşu barədə müxtəlif məlumatlar verdilər. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək vurğuladı ki, tədbirin "Yaşıl dünya naminə həmrəylik ili"nə təsadüf etməsi xoş təəssürat yaratdı və tədbirin iştirakçılarına təşəkkür etdi. Tədbirin davamında şagirdlər müxtəlif səhnəciklər və rəqslər nümayiş etdirdilər. Məktəbin musiqi müəllimi Validə Əlizadənin rəhbərlik etdiyi "Qaytağı" xor dərnəyinin ifasında mahnılar ifa olundu.