M.Ə.Sabir 162 il

30 may 2024-cü il tarixdə məktəbin akt zalında M.Ə.Sabirin anadan olmasının 162-ci ildönümü münasibətilə tədbir keçirildi. Məktəbin 3c sinif müəllimi Gülarə Balayevanın təşkil etdiyi tədbirdə şagirdlər Sabir yaradıcılığından nümunələr səsləndirdilər. Satiraları şagirdlər tərfindən obrazlaşdırılmış şəkildə təqdim olundu. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək bildirdi ki, M.Ə.Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. Qeyd edək ki, məktəbimiz 40 ildən çoxdur görkəmli şairin adını daşıyır.