Müstəqillik Günü

27 may 2024-cü il tarixdə sıra düzülüşü zamanı 4b sinif müəllimi Samirə Almuradlı şagirdləri ilə birlikdə "28 may - Müstəqillik günü" ilə bağlı tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şagirdlər "Müstəqillik Günü"nün tarixi ilə bağlı təqdimatlarla çıxış etdilər. Vurğulandı ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Tədbirin davamında şagirdlər Azərbaycana həsr olunmuş şeirlər səsləndirdilər, vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının dalğalandırılması ilə yekunlaşdı.