Yaşıl dünya naminə

14 may 2024-cü il tarixdə məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar görüş təşkil olunmuşdur. Görüşdə ekoloji layihələr rəhbəri Çingiz Məmmədov, Balaxanı Əməliyyat Şirkəti LTD əməkdaşları iştirak etmişdir. Görüşdə şagirdlərə COP.29 haqqında məlumatlar verilmiş, sonra isə Azərbaycan mədəniyyəti,tarixi, təbiəti haqqında mövzulara aid 7-ci siniflər arasında viktorina keçirilmişdir. VIIc sinfi viktorinanın qalibi olmuşdur. Daha sonra məktəbin həyətyanı sahəsində ağaclar və gül kolları əkilmişdir.