Dərsdinləmə keçirildi

13 may 2024-cü il tarixdə təbiət fənn aylığı çərçivəsində dərsdinləmə keçirildi. Məktəbin fənn müəllimi Yeganə Əliyeva VIb sinfində təbiət fənni üzrə keçdiyi dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərsdə həmçinin əyani vəsaitlərdən istifadə olundu. Dərs məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, fənn müəllimlərinin iştirakı ilə keçirildi.