Tarix yaradan şəxsiyyət

10 may 2024-cü il tarixdə məktəbdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” ilə əlaqədar “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Çıxış edən məktəbin direktoru Venera Mustafayeva bildirdi ki, Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Məktəbin 3c sinif müəllimi Rəna Xudayevanın hazırladığı tədbirin davamında şagirdlərin çıxışında Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.