Pedaqoji şuranın iclası keçirildi

01 may 2024-cü il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək gündəlikdə duran məsələlərlə pedaqoji heyəti tanış etdi. DİM tərəfindən IX siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri iclas iştirakçılarının nəzərinə çatdırıldı. BTŞİ və məktəb rəhbərliyi tərəfindən keçirilən monitorinqlərin nəticələri müzakirə edildi. Məktəbdə təhlükəsizliyin təminatı, sağlam-mənəvi psixoloji mühitin formalaşması məqsədilə kollektivə tövsiyələrini verdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək müvafiq metodiki göstərişlərini pedaqoji heyətin diqqətinə çatdırdı. Daha sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Günay Eyvazova, UBT rəhbəri S.Ramazanova, psixoloqlar S.Alxazova, G.Məstiyevanın hesabatları dinlənildi, tövsiyələr verildi. Məktəbimizin müvafiq qərarları qəbul edildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi