Dərsdinləmə keçirildi

29 aprel 2024-cü il tarixdə fizika fənn aylığı çərçivəsində dərsdinləmə keçirildi. Məktəbin fizika müəllimi Tapdıq Cəfərovun VIIIb sinfində keçdiyi dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, fənn müəllimlərinin iştirakı ilə keçirildi. T.Cəfərovun keçdiyi dərsdə müasir təlim metodlarından istifadə müsbət qiymətləndirildi.