Xocalı faciəsinə həsr olunmuş anım tədbiri

24 fevral 2017-ci il tarixində məktəbdə Xacalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Siniflərdə birinci dərs saatı Xocalı faciəsinə həsr olunmuşdur. Tədbirdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlərin çıxışında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş, videoçarx nümayiş etdirilmişdir. Vurğulanmışdır ki, bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir. Həmçinin şagirdlər tərəfindən Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən divar qəzetləri də hazırlanmışdır.