Aprel döyüşləri - Tarixi zəfərin başlanğıcı

04 aprel 2024-cü ildə "Aprel döyüşlərinin" 8-ci ildönümü ilə əlaqədar məktəbin hərbi rəhbəri Marif Tağıyev "Aprel döyüşləri - Tarixi zəfərin başlanğıcı" adlı seminar keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Seminarı giriş sözü ilə açan məktəbin hərbi rəhbəri Marif Tağıyev vurğuladı ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tədbirin davamında şagirdlərin çıxışında təqdimatlar dinlənildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi