Elimizə bahar gəlir

12 mart 2024-cü il tarixdə məktəbdə "Elimizə bahar gəlir" adlı bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva çıxış edərək müəllim və şagird kollektivini bayram münasibətilə təbrik etdi. V.Mustafayeva vurğuladı ki, Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. Məktəbin UBT rəhbəri Sevinc Ramazanova və 5c sinif  rəhbəri Aynur Paşayevanın hazırladığı tədbirdə 5c və 10c  sinif şagirdlərinin çıxışında Novruz bayramına həsr olunmuş şeirlər səsləndirildi,mahnılar ifa olundu. Rəqslər nümayiş etdirildi. Həmçinin, Novruz şənliyinin əsas personajları olan Bahar qızı, Kosa və Keçəl də gəlişləri ilə tədbirə xüsusi rəng qatdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi