Ana dilimizi sevək və qoruyaq

21 fevral 2024-cü il tarixdə "Ana dili günü"nə həsr olunmuş "Ana dilimizi sevək və qoruyaq" adlı tədbir keçirildi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 2ç sinif müəllimi Çimnaz Muradovanın  təşkil etdiyi tədbirin davamında şagirdlər ana dilimizi vəsf edən şeirlər səsləndirdilər. Həmçinin, şagirdlərimizin iştirakı ilə kompozisiyalar təqdim olundu, videoçarxlar nümayiş etdirildi. Məktəbin musiqi müəllimi Validə Əlizadənin rəhbərlik etdiyi "Qaytağı" xor dərnəyinin üzvlərinin də çıxışları tədbirə xüsusi rəng qatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi