Monitorinq keçirildi

19 fevral 2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən VIII-IX siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq təşkil edildi. Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Monitorinqdən öncə sual kitabçaları məktəb rəhbərliyi tərəfindən nəzarətçi müəllimlərə təqdim edildi və müvafiq təlimatlar verildi.

Şagirdlərə ümumilikdə 3 fənn üzrə 85 sual,Azərbaycan dili 30 sual,Riyaziyyat 25 sual,xarici dil 30 sual  təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi