Pedaqoji şuranın iclası keçirildi

12 fevral 2024-cü il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. I yarımilin yekunları barədə məlumat verdi. Məktəbdə təhlükəsizliyin təminatı, sağlam-mənəvi psixoloji mühitin formalaşması məqsədilə kollektivə tövsiyələrini verdi. Müxtəlif siniflərdə keçirilən monitorinq imtahanlarının nəticələri müzakirə olundu. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini - Samir Ağalarov, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Günay Eyvazova, psixoloq Günay Məstiyevanın hesabatları dinlənildi.