Böyük summativ qiymətləndirmə keçirilir

Məktəbdə 2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilir. Summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.
Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.
Şagirdlərimizə uğurlar arzu edirik.