Təqdimat

"20 Yanvar faciəsinin 34-cü ildönümü" ilə əlaqədar təqdimatlar hazırlandı. Məktəbin texnologiya müəllimi Fatimə Məmmədzadənin rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanan təqdimatlar bir daha göstərir ki, Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.