Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il tədbiri

28 dekabr 2023-cü il tarixdə məktəbdə "Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il" münasibətilə tədbir keçirildi. Məktəbin ingilis dili müəllimi Təhminə İgəndərovanın hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. T.İsgəndərova Həmrəylik Gününün tarixi barədə tədbir iştirakçılarına məlumat verdi, vətənpərvərlik ruhunda mahnılar səsləndirildi. Tədbirin davamında iştirakçıların çıxışında yeni ilə həsr olunmuş səhnəcik nümayiş olundu. Həmçinin, məktəbin musiqi müəllimi Validə Əlizadənin rəhbərlik etdiyi "Qaytağı" xor dərnəyinin üzvlərinin çıxışları maraqla qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi