Qalib sərkərdə

25 dekabr 2023-cü il tarixdə məktəbin tarix müəllimi Vəfa Babayeva şagirdlərin qarşısında "Qalib sərkərdə" adlı təqdimatla çıxış etdi. V.Babayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətləri barədə ətraflı məlumat verdi. Vurğuladı ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.Daha sonra şagirdlərə videoçarxlar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi