Dərsdinləmələr keçirilir

22 dekabr 2023-cü il tarixdə ingilis dili fənn aylığı çərçivəsində ingilis dili müəllimi Şəmsiyyə Abbasovanın dərsdinləməsi keçirildi. Vb sinfində "Jack in the city centre" mövzusu üzrə keçirilən dərsdə məktəbin direktoru Venera Mustafayeva, fənn metodbirləşmə sədri Aydan Nəsirzadə və psixoloq Günay Məstiyeva iştirak etdilər. Dərs müasir təlim metodları ilə keçirildi, şagirdlərin aktivliyi yüksək qiymətləndirildi.