Maarifləndirici görüş

20 dekabr 2023-cü il tarixdə məktəbin psixoloqu Sara Alxazova IX sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici görüş keçirtdi. Görüşdə şagirdlərə zərərli vərdişlərin fəsadları, zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı ətraflı məlumat verildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.