Maarifləndirici görüş

19 dekabr 2023-cü il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva VIII sinif şagirdləri ilə "Şagirdlərdə gigiyena qaydaları və sağlam qidalanma bacarıqları"nın formalaşdırılması ilə bağlı maarifləndirici görüş keçirtdi. G.Məstiyeva sağlamlığa mənfi təsir edən amillər, sanitar-gigiyena qaydaları, gün rejimi, sağlam yuxu və s. mövzularda ətraflı məlumat verdi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.