Bakı Zooloji Parkında dərs ekskursiya

22 noyabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.10.2022-ci il tarixli "Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat"ına əsasən 7a sinif şagirdləri biologiya müəllimi Muradlı Vəsilə və coğrafiya müəllimi Elnarə Məmmədova ilə birlikdə Bakı Zooloji Parkında “Balıqlar” mövzusunda dərs-ekskursiya keçdilər. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək, ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək, heyvanları yaşayış mühitinə görə qruplaşdırılmaqdan ibarət olub. Burada şagirdlər həmçinin, quruda yaşayan heyvanların malik olduğu xüsusiyyətləri, onların oxşar və fərqli cəhətləri, qidalanmaları, yaşayış tərzləri haqqqında məlumat alıblar.