Maarifləndirici görüş

23 noyabr 2023-cü il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva 9-cu sinif şagirdləri ilə "Yeniyetmələr arasında intiharın qarşısını almaq"məqsədilə maarifləndirici görüş keçirtdi. G.Məstiyeva bildirdi ki, həyat insana ona görə verilib ki, ömrünün son dəqiqələrinə kimi onu qorusun. Ürəyimizi sevgi ilə doldursaq, bir-birimizə qarşı diqqətli və anlayışlı olsaq, yaxın və doğmalarımızın səhv qərarlarına mane olub həyatlarını xilas edə bilərik.