Bayrağımız qürur mənbəyimizdir

07 noyabr 2023-cü il tarixdə məktəbdə "Bayraq günü"nə həsr olunmuş " Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı. Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 3a sinif müəllimi İmmi Mirzəyevanın şagirdləri ilə birlikdə təşkil etdiyi tədbiri  giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Tədbirin davamında 3a sinif şagirdlərinin çıxışında şeirlər səsləndirildi, rəqslər, səhnəcik və videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi