Zəfər Günü

06 noyabr 2023-cü il tarixdə məktəbdə "Zəfər Günü" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin 2a sinif müəllimi Səadət Cəbrayılovanın şagirdləri ilə birlikdə hazırladığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Tədbirdə qonaq qismində iştirak edən 44 günlük Vətən Müharibəsi şəhidi Müşfiq İbrahimovun anası Şəhla xanım, qazi Ruslan Rüstəmov da çıxış edərək fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Məktəbin hərbi rəhbəri Marif Tağıyev isə çıxışında bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin ayağını  kəsdi. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi