Nümunəvi dərs keçirildi

26 oktyabr 2023-cü il tarixdə riyaziyyat fənn aylığı çərçivəsində riyaziyyat müəllimi Dürdanə Alıyeva 9b sinifdə nümunəvi dərs keçdi. "Çevrədə vətər və kəsənlərin parçalarının mütənasibliyi" mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, digər fənn müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.