Nümunəvi dərs keçirildi

Riyaziyyat aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Aynur Paşayeva VIIIç sinfində nümunəvi dərs keçdi. Dərsdə məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov və fənn müəllimləri iştirak etdi. Mövzusu "Pifaqor teoreminin tətbiqi" olan dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Müəllimimizə uğurlar arzulayırıq.