Müstəqilliyimiz əbədidir, dönməzdir

18 oktyabr 2023-cü il tarixdə məktəbdə "Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar tədbir keçirildi. "Müstəqilliyimiz əbədidir, dönməzdir" adlı tədbiri 2ç sinif müəllimi Çimnaz Əliyeva şagirdləri ilə təşkil etdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Çıxış edən sinif müəllimi Çimnaz Əliyeva vurğuladı ki, Azərbaycan xalqı bu bayramı 

öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Tədbirin davamında azyaşlı şagirdlərin çıxışında vətənpərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu. Həmçinin, rəqslər və videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi