Əziz müəllimim

05 oktyabr 2023-cü il tarixdə məktəbin musiqi müəllimi Validə Əlizadə VI b sinif şagirdləri ilə birlikdə "Beynəlxalq Müəllimlər Günü"münasibətilə "Əziz müəllimim" adlı tədbir keçirtdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva müəllimləri bayram münasibətilə təbrik edərək, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. 44 günlük Vətən Müharibəsində şəhid olan təhsil işçilərinin əziz xatirəsi yad edildi. Tədbirin davamında şagirdlərin çıxışında müəllimlərə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu. Rəqslər nümayiş olundu.