Maarifləndirici görüş

26 sentyabr 2023- cü il tarixdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli və qurumun digər əməkdaşlarının məktəbin azyaşlı şagirdləri ilə görüşü təşkil edildi. Uşaq travmatizminin qarşısının alınması məqsədilə "Diqqət uşaqlar" devizi altında keçirilən maarifləndirici görüşdə yolda təhlükəsiz hərəkət barədə ətraflı məlumat verildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.