"27 Sentyabr - Anım Günü" ilə əlaqədar 1a sinif müəllimi Feridə Seyidbəyli şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. Sinfin adını daşıdığı Vətən Müharibəsi şəhidi mayor Vüqar Nəcəfovun anası Şəmsiyyə xanımla birlikdə şəhidin məzarına qərənfillər qoydular.